Musiqiçilərin çıxışları bir neçə yerdə olacaq: Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Mahnı Teatrı, Bakı Caz Mərkəzi.
Festivalda Terens Blanşar, Stenli Klark, Kreiq Taborn, Anat Koen, Maykl Kamilo və başqalarının çıxışları gözlənilir.
Azərbaycanlı musiqiçilərdən Salman Qəmbərov, Rain Sultanov, “Rast” və “Cəngi” qrupları, həmçinin gənc musiqiçilər çıxış edəcəklər.
Tanınmış musiqiçi Stenli Klarkın çıxış oktyabrın 28-də olacaq.