Bundestim təmsilçisinin aparıcı üzvlərindən olan Məsut Özili zədələnərək, sıradan çıxıb.
Türk əsilli almaniyalı yarımmüdafiəçi rəsmi “Twitter” səhifəsində bu haqda xəbər verib. O bildirib ki, dizindəki zədə səbəbindən 10-12 həftə futbol oynamayacaq.
Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 6 matçda meydana çıxıb, 1 qol vuran Özil AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Polşa, İrlandiya və Cəbbəllütariqə qarşı forma geyinə bilməyəcək.