Bu hadisə Bakı vaxtı ilə saat 13:00-da başlanıb və saat 15:25 dəqiqədə tam fazaya çatıb. Tutulma zamanı Yerin kölgəsi Ayın qabağını tamamilə alıb.
Tutulma vaxtı Ay əvvəlcə Yerin kölgəsinə daxil olur, sonra oradan çıxır. Bu zaman peyk qırmızı rəngin müxtəlif çalarları ilə “işıqlana” bilər. Buna görə də Ayı “qanlı” adlandırırlar.
Qeyd edək ki, bu, dalbadal dörd dəfə müşahidə ediləcək ikinci Ay tutulmasıdır. Bu hadisələr 2014-cü il aprelin 15-dən 2015-ci il sentyabrın 28-dək olan qısa bir dövrü əhatə edir. Növbəti tam tutulma 2015-ci il aprelin 4-də gözlənilir.