Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Minlərlə azərbaycanlı iş yeri tapacaq” – İlham Əliyev

“Minlərlə azərbaycanlı iş yeri tapacaq” – İlham Əliyev
“Biz iqtisadi cəhətdən tam müstəqillik, kimsədən aslı deyilik. Bu da bizə imkan verir ki, siyasi, eləcə də xarici siyasətdə müstəqil siyasət aparaq. Bizim əsas güc mənbəyimiz, istinad mənbəyimiz iqtisadi müstəqilliyimizdir”.


Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib. Prezident ötən 9 ayda Azərbaycanın qazandığı uğurlardan danışıb. Bildirib ki, 2014-cü ilin ilk 9 ayında Azərbaycana 19 milyard sərmayə qoyulub. Onun da 11 milyardı daxili investisiyalardır: “Dünyada maliyyə böhranı getdiyi bir ərəfədə ötən 9 ayda Azərbaycanda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru 6 faiz artıb. İnflyasiya 1,5 faiz olub. Əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb”.



İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafına dair, Bakı və ətraf qəsəbələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunduğunu söyləyib. Əlavə edib ki, ötən 9 ayda Azərbaycanda 100 min yeni iş yeri açılıb. Bununla da son 10 ildə açılan yeni iş yerlərinin sayı 1 milyon 300 minə çatıb.



Prezident Davos İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan rəqabətə qabiliyyətliyinə görə ölkələr sırasında 38 yeri tutduğunu yada salıb. Bildirib ki, 2014-cü ilin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb, 53 milyarda çatıb.



“Bizim əsas vəzifəmiz əvvəlki illərdə iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq”.



İlham Əliyev ötən ay təməli qoyulan Cənub Qaz dəhlizi layihəsindən də danışıb: “Cənub Qaz Dəhlizinin tikintisi, istifadəyə verilməsi Azərbaycanın 10 illiklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə azərbaycanlı iş yeri tapacaq, yüzlərlə yerli şirkət podratçı kimi işlərə cəlb olunacaq. Bu kəmər ölkəmizə gəlir, siyasi divident gətirəcək”.



İlham Əliyev təəssüflə Dağlıq-Qarabağ münaqişəsinin həll olunmayaraq qaldığını bildirib.



İlham Əliyevin 2014-cü ilin sonuna kimi investiya proqramının təsdiq edilməsinin zəruriliyini vurğulayıb. Müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sektorunun yerindən danışıb.



Yaxın 2 ildə Ələt Ticarət limanın istifadəyə verilməsi ilə Xəzərdə ən iri limanın yaradılacağından, I Avropa Olimpiya Oyunlarına hazırlıqlardan danışıb.



Prezident 2015-ci dövlət büdcəsində hərbi xərclərə xüsusi diqqət yetiriləcəyini bildirib.



AzadlıqRadiosu


Teqlər:
Bu xəbər cəmi 1025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR