Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.
“Asan xidmət” mərkəzində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:
- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;
- Borc haqqında məlumatın (arayış) verilməsi;
- Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi.
- Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda)
- Yeni smart-kartların verilməsi;
- İtirilmiş və ya zədələnmiş smart-kartların bərpası;
- Qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi;
- Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi;
- Smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.
Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.
Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər. Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “Asan xidmət” mərkəzlərində təşkil olunub. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.