Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-14, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 09-da arabir yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 15-20, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.