Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda keçiriləcək F1-2016-nın marşrutu açıqlandı

Bakıda keçiriləcək F1-2016-nın marşrutu açıqlandı
Bakıda təşkil olunacaq F1 üzrə Avropa Qran-pri yarışlarının marşrutu müəyyənləşib.


2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışları keçiriləcək. Uzun sürən müzakirələrdən sonra turnirin marşrutu müəyyənləşib.



Bu barədə oktyabrın 7-də “Fairmont Baku” mehmanxanasında keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir bildirib ki, bu turnir F1 azarkeşlərinə böyük hədiyyədir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, milyonlarla azarkeşi və böyük maraq dairəsi olan qeyri-olimpiya idman yarışları təşkil edilir. Avropa Qran-pri yarışları da bu tədbirlərin davamıdır.



Azərbaycanda idmana dövlət qayğısından danışan Azad Rəhimov trekin müəyyənləşdirilməsi üçün geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, turnirin keçirilməsi üçün yeni infrastruktur inşa olunmayacaq. Yarış Bakının mərkəzində keçiriləcək və paytaxtımızın gözəlliyi bütün dünyaya nümayiş olunacaq. Qran-pri yarışlarında birinci Avropa Oyunları üçün yaradılan infrastrukturdan istifadə ediləcək və Azadlıq meydanında müvəqqəti qurğular hazırlanacaq.



Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov ölkəmizdə bu sahədə peşəkar idmançıların, mütəxəssislərin hazırlanmasının və yüksək standartlara cavab verən idman infrastrukturunun yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, AAF bunun üçün bütün imkanlarını səfərbər edib. “Biz avtomobil idmanı növləri, klassik avtomobillərin təqdim olunması, offroad yarışları və müxtəlif klublara dəstək verilməsi istiqamətində işlər görürük. Həmçinin nəqliyyatda təhlükəsizlik və nəqliyyat turizmi sahəsində layihələr həyata keçiririk” – deyə Anar Ələkbərov vurğulayıb.



Avropa Qran-pri yarışlarının Azərbaycanın idman tarixində əlamətdar hadisə olacağını diqqətə çatdıran AAF-ın prezidenti ilin sonunadək təşkil ediləcək tədbirlər barədə məlumat verib. Belə ki, oktyabrın 11-də “V1 Challenge Azerbaijan” yarışı və Almaniya şirkətləri ilə birgə klassik avtomobillərin sərgisi keçiriləcək. Avtomobil həvəskarları üçün yaxın zamanlarda Bakının yaxınlığında xüsusi ərazinin ayrılması nəzərdə tutulub. Burada müxtəlif avtomobil idman növləri üzrə baza, klassik avtomobillər muzeyi və azarkeşlərin istifadəsi üçün zonaların yaradılması planlaşdırılır.



“Formula-1 Group”un baş icraçı direktoru Berni Ekklestoun Bakıda olmasından məmnunluğunu ifadə edərək Avropa Qran-pri yarışlarının ölkəmizdə təşkilini yüksək qiymətləndirib. Qeyd edib ki, Bakı Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirən unikal şəhərdir. F1 yarışlarında şəhərin gözəlliyi, tarixi və coğrafiyası mühüm amil hesab olunur. “Biz də Bakının tarixini və gözəlliyini bütün dünyadakı F1 azarkeşlərinə nümayiş etdirmək qərarına gəldik. Ümid edirəm ki, yarış yüksək səviyyədə təşkil olunacaq və yerli azarkeşlər bundan böyük zövq alacaqlar” - deyə Berni Ekklestoun bildirib .



“Tilke” mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke Bakının F1 yarışları üçün əlverişli Azərbaycanın qeyri-neft sektoruna böyük maraq göstərirlər. Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətinə uyğun olaraq tikinti, infrastruktur, İKT, ərzaq sənayesi, kənd təsərrüfatı, turizm və digər sahələr italiyalı iş adamlarının maraq dairəsindədir şəhər olduğunu və burada ən sürətli yarışın təşkil olunmasının mümkünlüyünü qeyd edib. Bildirib ki, Avropa Qran-pri yarışlarında marşrutun uzunluğu 6 min 6 metr və 8 sağ, 12 sol döngədən ibarətdir. Turnirdə orta sürət 210, maksimum sürət isə 340 kilometr/saatdır. Bu da ən sürətli yarışlar kateqoriyasına daxildir. Yarışın start və finişi Hökumət evinin qarşısında olacaq. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradacaq. Yarışları 25 mindən artıq tamaşaçının izləməsi üçün şərait yaradılacaq. Üç gün davam edəcək yarış zamanı tamaşaçı sayın artırılması da mümkündür.


Teqlər:
Bu xəbər cəmi 775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR