Bu sözləri Xorvatiya millisinin futbolçusu Andrey Kramariç ölkəsinin mətbuatına açıqlamasında deyib.
23 yaşlı futbolçu hər iki oyunda qələbənin komandası üçün önəmli olduğunu deyib: “Qarşıdakı görüşlərdə baş məşqçinin kimə şans verəcəyi önəmli deyil. Əsas məsələ yığmanın yaxşı oynaması və qələbə qazanmasıdır. Hansı mövqedə oynayacağımı da bilmirəm. Buna baş məşqçi qərar verəcək”.
Qeyd edək ki, oktyabrın 10-da səfərdə Bolqarıstanın qonağı olacaq Xorvatiya millisi 3 gün sonra yığmamızla qarşılaşacaq.