Ağdam təmsilçisi bir müddətdir Nigeriya əsilli isveçrəli futbolçu İnnosent Emeqara ilə danışıqlar aparır və tərəflər arasında razılıq əldə olunub.
Bu arada rekord.az saytı isə xəbər yayıb ki, artıq 25 yaşlı hücumçu bu gün Bakıya gəlib və klubun Suraxanıdakı bazasında olaraq, komanda rəhbərliyi ilə görüşüb. Onunla rəsmi müqaviləyə imzalandığı da bildirilir. Sadəcə, hazırda bayram günü olduğu üçün müqavilənin notariusda təsdiqlənməsi gələn həftəyə qalıb.
Qeyd edək ki, Emeqara İsveçrənin “Sürix”, “Qrashoppers”, Fransanın “Lorient”, İtalyanın “Siena” klublarında aoynayıb. Onn son klubu 2013/14 mövsümündə İtaliyanın başqa bir təmsilçisi “Livorno” olub.
Emeqaranın “Qarabağ”la azad agent statusu ilə razılıq əldə etdiyi bildirilir.