Bu barədə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.
Diplomat bildirib ki, oktyabrın 8-10-da Litva müdafiə naziri İozas Olekas Azərbaycanda səfərdə olacaq. Oktyabrın 15-16-da nəqliyyat naziri Rimantis Sinkyaviçus Azərbaycana gələcək. Oktyabrın 21-də isə Litva xarici işlər naziri Linas Linkyaviçus Azərbaycana səfər edəcək.
Səfir vurğulayıb ki, intensiv həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin yüksək səviyyəsində olduğunu göstərir.