Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ELŞAD ABDULLAYEVİN AZƏRBAYCANA GƏTİRİLMƏSİ MƏSƏLƏSİ CİDDİLƏŞİR

ELŞAD ABDULLAYEVİN AZƏRBAYCANA GƏTİRİLMƏSİ MƏSƏLƏSİ CİDDİLƏŞİR
Sabiq ABU rektoru gələn həftə video-bombardmana başlaya bilər; “Gulərgeyt” qalmaqalı ilə bağlı son xəbərlər bu yazıda...


ABU-nun sabiq rektoru Elşad Abdullayev növbəti müraciətini yollayıb. Sabiq rektorun budəfəki müraciəti də doktorluq işinin ləğv olunması haqda “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin 2010-cu il, noyabrın 18-də Rusiya prezidenti Vladimir Putinə və digər hökumət üzvlərinə müraciəti ilə bağlıdır.



Qəzetimizin ötən saylarında A.Mərzilinin də bu məsələyə reaksiyasını öyrənmişdik.

Amma E.Abdullayev bu dəfə məsələni daha detallı bilgilərlə təqdim edib. Onun yazdığına görə, Moskvada ermənilər öz laborantlarını göyə qaldırdığı halda, A.Mərzili bandanın sifarişi ilə Moskvada qapı-qapı gəzib onun hüquq elmləri doktoru statusunu ləğv etdirməyə çalışır: “Asif Mərzili və onun himayədarları elə başa düşür ki, Azərbaycandakı oğurluq və qanunsuz əməlləri Fransa və Rusiyada da baş tutacaq. Rusiyanın Ali Attestasiya Komissiyası Rəyasət Heyəti 27 aprel, 2012-ci il tarixli qapalı iclasında Azərbaycan vətəndaşı Asif Mərzilinin sifarişli şikayəti əsasında Elşad Abdullayevin doktorluq dissertasiyası məsələsinə baxılıb. RF AAK o iclasın nəticələrinə görə rəy qəbul edib. Rusiya AAK Əsasnaməsinin 42-ci maddəsinə görə, doktorluq dissertasiyasının müdafiəsindən 3 il keçəndən sonra Elşad Abdullayevin hüquq elmləri doktoru elmi dərəcəsini aldığı müddətdən 12 il keçdiyi üçün təkrar attestasiya etmək olmaz. MDHA-in Dissertasiya Şurası mənim doktorluq dissertasiyam haqda məsələyə baxan zaman hansısa sehrli əlin sifarişi ilə işə baxılmanın prosessual iddia müddəti acıq-aşkar pozulub. Doktorluq dissertasiyası 2000-ci ildə Dissertasiya Şurasının məxfi qrifli qapalı iclasında müdafiə olunub. Diqqəti çəkən qərəzli və siyasi sifariş ondan ibarətdir ki, Dissertasiya Şurasının əsasnaməsini acıq-aşkar pozan MDHA-in Dissertasiya Şurası dissertasiya işimlə əlaqədar iki dəfə komissiya yaradaraq bir-birinə zidd qərarlar qəbul edilib".



***



Adı videoqalmaqallarda keçərək həbsə atılan Arzu Kazımovun vəkili Ramiz Zeynalov veteninfo.az saytına bildirib ki, gec-tez ədalət zəfər çalacaq və şərlənərək həbs olunan müdafiə etdiyi A.Kazımov azadlığa çıxacaq: “Kazımov açıq şəkildə şərlənərək həbs olunub. Əgər doğrudan da ”parisli oğlan" (Elşad Abdullayevi nəzərdə tutur-red.) düz danışırsa, həqiqət axtarışındadırsa, buyurub gəlsin Azərbaycana, sübut etsin ki, doğrudan da haqlıdır. Amma hadisələr göstərdi ki, “parisli oğlan” son zamanlar peyda olan bəzi alçaqların əlində kuklaya çevrilərək yaydığı videolarla guya Azərbaycanda hakimiyyət çevrilişi etməyə çalışır. Amma bu zavallı anlamadı ki, ondan necə var istifadə olunacaq və bir küncə atılacaq".



***



E.Abdullayevin işi ilə bağlı araşdırma aparan blogger Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında E.Abdullayevin Azərbaycana gətirilib Gülər Əhmədova və digərləri ilə üzləşdirilməsi tələbi yersizdir: “İndiki şəraitdə üzləşmə qətiyyən mümkün deyil. Elşad Abdullayev Azərbaycana gələcəyi təqdirdə həbs olunması qaçılmazdır. Abdullayevin Azərbaycanda nümayəndəsi var. Orda Gülər Əhmədova və onun vəkili həmin nümayəndə ilə üzləşə bilmirsə, üzləşməyə cəsarətləri yoxdursa, bu, bəhanədir. Elşad Abdullayevi Azərbaycana gətirməyə dəfələrlə cəhd ediblər. Uğursuz alınıb. Azərbaycanda onun gətirilməsi üçün diplomatik, siyasi, iqtisadi maraqlar baxımdan danışıqlar aparıblar. Birmənalı olaraq bilinməlidir ki, Elşad Abdullayev indiki vəziyyətdə Azərbaycana gəlməyəcək".

E.Məcidli ortaya qoyulan videogörüntülərin həqiqiliyinə şübhə edənlərə də cavab yolladı. Onun sözlərinə görə, G.Əhmədova bu videogörüntülərə görə həbs olunub: “İnanmıram ki, vəkili bu videolarda danışanın Gülər Əhmədova olmadığını desin. Üstəlik, bizdə bu videolarla bağlı ekspert rəyi var. Bu, qeyri-ciddidir. Bir dəfə Gülər Əhmədova saxta ekspert rəyi almağa cəhd göstərib və alınmayıb. İndi bu söhbətlərin yenidən ortaya çıxmasına səbəb onların çürükçülük etməsidir. Bilinir ki, bu video həqiqidir. Hansısa montajdan söhbət gedə bilməz”.

E.Məcidli ilə bir həftədir səs-sorağı gəlməyən mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovla bağlı danışdıq. Müsahibimiz dedi ki, bu gəncin yoxa çıxmasının iki səbəbi ola bilər: “Ola bilər ki, o, hansısa öhdəliklər götürüb və media qarşısına çıxmaq istəmir. Onun qətlə yetirilməsi də mümkündür. Əgər Ayxan Məmmədov hansısa öhdəliklər götürüb susubsa, bilməlidir ki, bu oyunda kiçik şahiddir. Ona verilən vədlərə inanmalı deyil”.



***



E.Abdullayevin itkin qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, son olaraq komitəyə xaricdən qatılanlar olub. Bunlardan biri hazırda Fransada yaşayan Elnur Məcidli, digəri isə Lüksemburqda yaşayan BDU-nun hüquq fakültəsinin keçmiş dekanı Sədyar Zeynalovdur. Azad Mürsəliyev bu həftə müdafiə komitəsinin üzvlərindən birinin M.Abdullayevin işi ilə məşğul olan Müstəqil İstintaq Komissiyasında təmsil olunması üçün müraciət edəcəklərini bildirdi.

O, “növbəti videoları sizdən nə zaman gözləyək” sualına cavabda isə dedi ki, komitənin son olaraq yayımladığı video ilə əlaqədar hər hansı rəsmi reaksiya yoxdur: “Həftə sonuna kimi cavab gəlməsə, biz də yeni video yayımlayacağıq”.



***



Hazırda həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədovanın yeni vəkili Raqif Məmmədov onunla görüşüb. R.Məmmədovun modern.az saytına verdiyi məlumata görə, onlar görüş zamanı hüquqi məsələlər barədə söhbət edib. O bildirib ki, ikinci vəkil kimi G.Əhmədovanı müdafiə etmək üçün sabiq deputatın həyat yoldaşı Fikrət Əhmədov onunla müqavilə bağlayıb: “Bilmirəm onun özünün xəbəri var, ya yox, mənimlə Gülər Əhmədovanın həyat yoldaşı müqavilə bağlayıb”.

R.Məmmədov onu da deyib ki, G.Əhmədovanın istintaq işi ilə bağlı mübarizə aparmaq üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, ittiham o qədər əsassızdır ki, burada mübarizə aparmağa dəyər. G.Əhmədovanın E.Abdullayevlə üzləşməsini istəməsi məsələsinə də fikir bildirən R.Məmmədovun sözlərinə görə, istintaqın ilk işi bu olmalıdır: “Abdullayev hələ ki açılan cinayət işi ilə bağlı dindirilməyib. Dövlət orqanları onu istintaqa cəlb olunması və cinayət işi ilə bağlı dindirilməsi üçün axtarışa verməlidir”.

G.Əhmədovanın ailəsi ilə görüşməsinə icazə üçün müraciət etmədiyini də deyən vəkil bildirib ki, sabiq deputat ailə üzvlərindən hələ heç kimlə görüşməyib.


Teqlər:
Bu xəbər cəmi 2185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR