Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, Qurban bayramının münasibətilə vətəndaşların bölgələrə axın etməsi səbəbindən paytaxtın bəzi küçə və prospektlərində tıxac yaranıb.
Tıxac Mikayıl Hüseynov prospektindən, Niyazi küçəsindən “Azneft” dairəsi istiqamətinə, Rəşid Behbudov və Səməd Vurğun küçələrindən Türkiyə səfirliyi istiqamətinə, Səməd Vurğun küçəsindən “Təzə Bazar” istiqamətinə, İnşaatçılar prospekti, Dövlət Statistika Komitəsinin qarşısı, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb.
Tbilisi prospekti - 20 Yanvar dairəsi istiqamətində, Nəqliyyat Nazirliyindən şəhər istiqamətində, Atatürk prospektində hər iki istiqamətdə, Şah İsmayıl Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı) hər iki istiqamətində və Bakı-Sumqayıt şosesində Sumqayıt şəhəri istiqamətində analoji fakt müşahidə edilir.