Sentyabr ayı ərzində avtomobillərin icbari sığortası üzrə 2,1 milyon manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib. İcbari Sığorta Bürosundan fins.az-a verilən məlumata görə, 2014-cü ilin sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 816 sığorta tələbi üzrə 2 milyon 187 min manat edilib. sığorta ödənişi həyata keçirilib. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə
|
Əmlaka dəyən zərər üzrə
|
Sağlamlığa dəyən zərər üzrə
|
Şəxsin ölümü üzrə
|
Cəmi
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
Say
|
Məbləğ
|
1 704
|
1 973 140
|
37
|
50 601
|
56
|
68 300
|
19
|
95 000
|
1 816
|
2 187 041
|
Ümumilikdə ilin əvvəlindən indiyədək 9 ay ərzində avtomobillərin icbari sığortası üzrə şirkətlər tərəfindən 19,4 milyon manat sığorta ödənişi edilib. Bu dövrdə İSB tərəfindən isə 56 kompensasiya tələbi üzrə 181 376 manat kompensasiya ödənilib.