Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Oktyabr ayının birinci ongünlüyündə mövsümə uyğun qeyri-sabit hava şəraitinin üstünlüyü gözlənilir. Fasilələrlə yağış yağacaq.