Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DİN-dən Cəmil Həsənlinin qızının qəzası ilə bağlı- Açıqlama

DİN-dən Cəmil Həsənlinin qızının qəzası ilə bağlı- Açıqlama
“Cəmil Həsənlinin qızı dindirilmə zamanı özü hadisə törətdiyini etiraf etdi”


Bu açıqlamanı hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov verib. E.Zahidov bizimlə söhbətində qeyd etdi ki, polisə 10 gün əvvəl baş vermiş hadisə ilə bağlı əməliyyat məlumatı daxil olub:



“Məlumatda bildirilib ki, bu il sentyabrın 19-da saat 14:30 radələrində yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Polis araşdırması zamanı məlum olub ki, bu qəza hüquq – mühafizə orqanlarından sürüücü və piyada tərəfindən gizlədilib. Qəza törədən sürücü piyadını həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar”.



E.Zahidov onu da qeyd etdi ki, həmişə obyektivlikdən danışan insanların indi bu hadisəni nədən gizlətməsini başa düşmür:



“Axı burada nə var ki, hadisə baş verib. Bu cür hər gün onlarla hadisə baş verir. İnsanlar da qanunla müəyyən edilmiş cəzalarını alırlar. İndi təhqiqat aparılır və yəqin ki, araşdırmanın rəsmi nəticəsi yaxın günlərdə elan ediləcək”.



Qeyd edək ki, bu gün C.Həsənli saytımıza açıqlamasında bu hadisəni təkzib edirdi:



“Mənim qızım maşınla adam vurmayıb. Bu barədə kim nə deyirsə, yalan deyir”.                



Milli Şuranın sədri Cəmil Həsənli həmçinin bildirib ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir: ”Elə bir şey yoxdur. Yazanda görmürlər ki, nə yazırlar?”.



C.Həsənli saytımıza açıqlama verdikdən bir neçə saat sonra bəyanat yaydı və bəyanatda hadisəni qismən etiraf etdi:



“Sentyabr ayının 19-da Günel uşaqlarını məktəbdən gətirən vaxt məhz belə bir vəziyyətlə qarşılaşıb. Bu vəziyyətdə ya dayanmalısan və ya maşını yalnız 5-10 sürəti ilə hərəkət etdirə bilərsən. O, çox aşağı sürətlə binaya dönən vaxt yaşlı bir qadının maşına tərəf gəldiyini görüb maşını saxlayıb və həmin qadın maşına toxunandan sonra özünü yerə yıxıb. Bunu həmin anda məscidə namaz qılmağa gələn mömin insanlar görüb və onu tez ayağa qaldırıblar. Günel isə maşından düşüb onun vəziyyəti ilə maraqlanıb”. 


Teqlər:
Bu xəbər cəmi 1445 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR