Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirin menyusuna: rüşvət yığılan məktəblərin – SİYAHISI

Nazirin menyusuna: rüşvət yığılan məktəblərin – SİYAHISI


5 oktyabr müəllimlər günü münasibətilə Azərbaycanın bir çox təhsil müəssisələrində pul yığımına başlanılıb. 

AzNews.az xəbər verir ki, Təhsil Nazirliyi isə müəllimlər günü ilə bağlı məktəblərdə pul yığılması faktı aşkarlanarsa, müəllim və ya direktorların işdən azad olunacağı ilə bağlı xəbərdarlıq edib. 



Təhsil Nazirliyinin bugünkü açıqlamasından sonra AzNews.az-ın oxucularının köməyi ilə bəzi orta məktəblərdəki müəllim gününə hazırlıqlarla bağlı məlumatlar əldə edib. 



Məlum olub ki, bütün bu xəbərdarlıqlara baxmayaraq artıq məktəblərdə “tas”da bəlli olub. Müəllimləri təbrik etmək üçün yığılan minimum pul 20 manat müəyyənləşdirilib. 



Abşeron rayonu, Xırdalan şəhər 3 saylı orta məktəbində nə qədər qəribə olsa da, müəllimə ayrı, direktora isə ayrıca pul yığılır. Beləcə, hər uşaq 10 manat məktəb direktorunu, 10 manat isə ibtidai sinif müəllimini təbrik etmək üçün pul verməlidir. 



Şəhərdəki 1 nömrəli məktəbdə isə məbləğ bir az da böyükdür. Belə ki, hər uşaq müəllimini təbrik etmək üçün 25 manat pul verməlidir. Bunun 15 manatı direktora, 10 manatı isə müəllim üçün nəzərdə tutulub.



Müəllimlər günü ilə bağlı valideynlərin səfərbər olduğu digər məktəblərdən biri isəBinəqədi rayonu 314 nömrəli məktəbdir. Bu təhsil ocağında müəllimləri təbrik etmək üçün konkret məbləğ deməsələr də, valideynlər öz aralarında 20 manat pul yığılmasına razılaşıblar.





5 oktyabrla bağlı Xətai rayonu 165 nömrəli məktəbdə də valideynlərə ismarış göndərilib: “Müəllimlər günü ilə bağlı 25 manat gətirin!”. 



Səbayıl rayonu Badamdar qəsəbəsi 236 nömrəli məktəbdə də müəllimin təbrik “tas”ı 20 manatdır. 



Yasamal rayonu 225 nömrəli təhsil mərkəzində də 20 manatla müəllimləri təbrik edəcəklər. 



Yasamal rayonu 172 saylı məktəbdə isə deyəsən, müəllimlərin “hörməti” daha çoxdur. Belə ki, həmin məktəbdə uşaqlardan ümumi 35 manat pul yığılır. Müəllimlərin bayramına qədər artıq uşaqlardan 20 manat yığılıb. Yığılan məbləğ kifayət etmədiyindən şagirdlərdən əlavə 15 manat da pul alınıb. 



Nazirliyin qadağalarını qulaq ardına vuranlardan biri də Bakıxanov qəsəbəsi 271 nömrəli məktəbdir. Adıçəkilən təhsil ocağında da müəllimlərin bayramı üçün 20 manat pul tələb olunur. 



Abşeron rayonu, Xırdalan şəhəri 8 nömrəli məktəbdə də konkret qiymət müəyyən olunub: 20 manat. 



Bakının mərkəzindəki məşhur 160 nömrəli məktəb-lisey kompleksidə müəllim heyətini bayram günü təbriksiz qoymayacaq. Bu təhsil kompleksində valideynlər müəllimlərin bayram haqqını 20-30 manatla verəcəklər.



Sumqayıt şəhəri 28 nömrəli orta məktəbdə analoji hadisə hökm sürür. İl ərzində müəllimin çəkdiyi zəhməti bir gündə ödəmək üçün 20 manat pul yığılır. 



Xatırladaq ki, Təhsil Nazirliyi müəllimlər günü ilə bağlı məktəblərdə pul yığılması faktı ilə bağlı 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan məlumat daxil olduğu halda məsələnin araşdırılacağı və fakt öz təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacağı bildirilib.



Bu da faktlar... Bu faktlardan sonra həmkarımızın yarı zarafat, yarı ciddi dediyi bir söz yada düşür: "Təhsil Nazirliyi müəllimlər günü ilə bağlı pul yığan müəllim və ya məktəb direktoruni işdən azad etsə gərək məktəblərdə nə müəllim, nə də direktor qala..." 


Teqlər:
Bu xəbər cəmi 1475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR