Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ahıllar günü Qaradağda qeyd olundu

Ahıllar günü Qaradağda qeyd olundu
Bir oktyabr – Ahıllar günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd edib. Bildirib ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artır. Ahıllar adından çıxış edən Qaradağ rayon Ağsaqqlar Şurasının sədri Təhməz Abbasov onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır. Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edilib.

Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR