Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda böyük tunel

Bakıda böyük tunel
Bakı bulvarı boyunca dənizdən keçməklə 4,2 kilometr uzunluqda tunel çəkilməsi təklif olunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində məlumat verib. Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə danışan C.Qocayev deyib ki, əvvəlcə Bakı buxtasında körpü salınması planlaşdırılırdı. Lakin memarlar görüntü nöqteyi-nəzərdən həmin layihənin əleyhinə çıxdılar: “Bu, həm dənizdən şəhərin, həm də buxtadan dənizin görünüşünə xələl gətirə bilərdi. Texniki cəhətdən yanaşsaq, Bakıda tez-tez güclü külək əsməsi həmin körpüdə nəqliyyatın təhlükəsizliyini şübhə altına alırdı. Buna görə də, Cənubi Koreya şirkətinin təklifi ilə buxtada tunelin inşası gündəmə gəldi. Tunel avtomobillərin Dalğa Plazadan Nobel prospektinə birbaşa çıxmasına imkan yaradacaq. Bu, Neftçilər prospektinin nəqliyyat yükünü azaltmaqla yanaşı, gələcəkdə dənizin səviyyəsi qalxarsa, sahilbərkitmə qurğusu funksiyasını da yerinə yetirəcək. Digər tərəfdən, bulvar ərazisinin dənizə doğru 100-150 metr genişlənməsinə imkan yaranacaq və nəhayət, buxtaya tullantı sularının axıdılmasının qarşısı alınacaq. Tunelin üzərində yaşıllıqların salınması da nəzərdə tutulur”.

Teqlər:
Bu xəbər cəmi 875 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR