Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Qafqazın “Barselona”sı “Qarabağ””- İtaliya mətbuatı

“Qafqazın “Barselona”sı “Qarabağ””-  İtaliya mətbuatı
İtaliya mətbuatı Avropa Liqanın qrup mərhələsinin ikinci oyununda “İnter”in qonağı olacaq “Qarabağ” haqda geniş yazı verib. “Qafqazinfo” “Qarabağ FK”-nın facebook səhifəsinə istinadən həmin yazını təqdim edir: “Azərbaycan klubu Dağlıq Qarabağda baş verən müharibə səbəbindən (Əslində ermənilər Qarabağı işğal ediblər - red.) Ağdamı tərk edərək Bakıya üz tutub. Qarabağ ikiqat ölkə çempionluğunu, üç dəfə kuboku, bir dəfə isə Superkuboku qazanıb. Azərbaycan komandası Avrokuboklarda böyük təcrübəyə malikdir: 49 oyun (Avropa Liqasında 37, Çempionlar Liqasında 4 matç, Kuboklar Kuboku və İntertoto Kubokunda oyunlar) - 19 qələbə, 12 heç-heçə, 18 məğlubiyyət. “Qarabağ”ın baş məşqçisi vaxtıilə Azərbaycan yığmasının heyətində beynəlxalq arenada ən çox qol vuran futbolçu olub: 14 qol. O, məşqçilik karyerasına “Neftçi”də başlayıb. 2008-ci ildən “Qarabağ”a gəlib, 21 ildən sonra komandaya yenidən çempionluğu qazandırıb. “Qarabağ” futbolçuları Cəngavərlər adlanır, klubun emblemində iki at əksini tapıb. Komandanın oyunçularından Danilo, Riçard Almeyda , Çumbinyo, Reynaldo, Leroy Corc, İbrahim Şehiç, Aqolli, Muarem, kapitan Rəşad Sadıqovun adı xüsusi qeyd edilib. “Qarabağ” hazırda ölkə çempionatında lider “İnter”dən bir oyun az keçirməklə 11 xalla (3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət) üçüncü pillədə qərarlaşıb. İtaliya “İnter”i 230 milyon, “Qarabağ” isə 10 milyon avro büdcəyə sahib dir. “Qafqaz “Barselona”sı adlandırılan komandanın qısa ötürmələrdən istifadə edir, sürətli oyuna üstünlük verən komanda, əsasən 4-3-3, 4-5-1, 4-6-0 taktikası ilə oynayır. “QARABAĞ” QƏHRƏMANLAR KİMİ DÖNMƏK İSTƏYİR ! Yazıda həmçinin “Qarabağ”ın Avropa turnirində uzun yol qət etdiyi, Çempionlar Liqasında “Valletta”nı mübarizədən kənarlaşdırdığı, ardından “Zalsburq”u 2-1 məğlub etsə də, səfərdə 0-2 uduzaraq Avroliqada mücadiləni davam etdirməklə “Tvente”ni yarışdan kənarlaşdırdığı qeyd olunub. Qrup raundunun ilk oyununda “Sent-Etyen”lə görüşdə “Qarabağ” 90 dəqiqə ərzində diqtə edən tərəf olub və qələbəyə çox yaxınlaşsa da, buna nail olmayıb. “İnter” və Matsari üçün aydındır ki, “Qarabağ” Milana gəzməyə gəlməyib və bu komanda Vətənə, Ağdam klubunun fanatlarının yanına qalib - qəhrəmanlar kimi qayıtmaq istəyir.”

Teqlər:
Bu xəbər cəmi 1815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR