Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 1924-cü ildə inşa edilən binanın təmiri zamanı onun əvvəlki görkəminin qorunması diqqət mərkəzində saxlanılacaq.
Hazırda muzeydə 30 mindən çox eksponat var. Gəncənin ən qədim dövrlərindən son zamanlara qədər olan tarixini əks etdirən arxeoloji tapıntılar, maddi-mədəniyyət nümunələri 18 salonda yerləşdirilib. Muzeyin ekspozisiyasında eramızdan əvvəl II minilliyə aid uzunluğu 2,2 metr olan qədim insan skeleti, eramızın VII əsrinə aid, Qafqaz Albaniyası hökmdarına məxsus qəbirüstü abidə, Nizami Gəncəvinin qəbrindən aşkarlanmış çıraqlar, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik əşyaları və digər maddi-mədəniyyət nümunələri nümayiş etdirilir.