Dəfndə iştirak edə bilməyəcək deputatlardan biri Etibar Hüseynov "Qafqazinfo"ya açıqlamasında deyib ki, Bakıdan-Zaqatalaya olan məsafə olduqca uzaqdır: “Bakıdan Zaqatalaya və geriyə məsafə 1000 km-ə yaxındır. Bu səbəbdən mən, o cümlədən də 1 cox həmkarlarım dəfnə gedə bilmədik. Cönki şimal rayonlarının əksəriyyətində hələ də qar ,yağış var. Və gün ərzində 1000 km yolu qət eləmək xüsusilə təhlükəlidir. Ona görə də, 1 coxları həyatlarını risk altına atmaq istəmir. Gedənlər də hüzr yiyələrinə elə ayaqüstü başsaglığı verib geri dönmək məcburiyyətindədirlər ki, qayıdıb Bakıya catsınlar. Ona görə də, mən AZAL rəhbərliyindən xahiş edərdim ki, bu məqsədlə 1 carter reysi təşkil edəydi ki, deputatlar, o cümlədəndə bir- sıra dövlət adamlarımız layiqli şəkildə bu dəfn mərasimində iştirak edə biləydilər. Daha öz həyatlarını risk altına qoymayaydılar. Bizim Şimal istiqamətdə 2 aeroportumuz var. Zaqatala və Qəbələdə. Lakin müxtəlif səbəblərdən onların hec biri daimi fəalliyət göstərmir. Mən elə bilirəm ki,o hava limanlarının birinə carter reysi təşkil etmək ojar. Və mən AZAL rəhbərliyindən xahiş edirəm ki, əgər bu variant mümkündürsə öz köməkliyini əsirgəməsin” .