Daxil olan məlumata görə, festivalın təşkilatçısı Amerika Türkiyə Assosiasiyasının İdarə Heyətinin üzvü, vəkil İsmayıl Şahtaxtinskinin sözlərinə görə, texniki məsələlər artıq yekunlaşıb, proqram tərtib olunub:
“Festival Ağ evin yaxınlığında, Pennsilvaniya küçəsində başlayacaq. Tədbirdə türk mətbəxi, məşhur türk qəhvəsi, 20-dən çox incəsənət nümunəsi, o cümlədən, zərgərlik məmulatları, əllə toxunmuş toxuculuq məhsulları, saxsı qablar və s. nümayiş ediləcək. Bundan başqa, uşaqlar üçün “Uşaq çadırı” qurulacaq. Bütün yaşlarda olan uşaqlar burda əylənə biləcəklər, üstəlik, yaratdıqları işləri özləri ilə evlərinə apara biləcəklər”.
Festivalda Türkiyənin ABŞ-dakı səfirliyinin, Vaşinqton merliyinin rəsmilərinin də iştirakı gözlənir.