Daxil olan məlumata görə, məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.
Bu festivalda Azərbaycanın, həmçinin Fransanın, İtaliyanın və digər xarici ölkələrin şərab istehsalçıları, distribyuterləri və istehlakçıları iştirak edəcəklər.
Festival zamanı qonaqlar Gəncənin tarixi və mədəni irsi, müasir həyatı ilə tanış olacaqlar. Azərbaycanın milli musiqi və milli mətbəx nümunələrinin nümayişi ilə yanaşı, yerli şərabların beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.