Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şeyxin ehsan müharibəsi - səbəb nədir?

Şeyxin ehsan müharibəsi - səbəb nədir?


QMİ sədri bir qayda olaraq din sahəsində ona qarşı çıxanların cəzalandırılmasına nail olur



Azərbaycanda hökumətin yas məclislərinin sadə keçirilməsi ilə bağlı qadağası ölkədə birmənalı qarşılanmadı. Əhalinin böyük qismi ehsan qadağasını və ya tənzimləmələrini dəstəkləsə də, qarşı çıxanlar da oldu. Prosesə qarşı çıxanların əsas arqumentləri isə budur ki, toy məclisləri ilə bağlı da islahatlar aparılmalı, bahalı qəbir yerləri, baş daşları və sair kimi israfçı qaydalar dəyişdirilməlidir.



Qəribə də olsa bu məsələdə hökumət təşəbbüsçü oldu. Ehsan qadağasının müəllifinin prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla olduğu iddia edilsə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət orqanları qadağanı dəstəklədi. Hətta Milli Məclisin deputatı Musa Quliyev dəfn xərclərinin dövlətin təşkil etməsi ilə bağlı təklif irəli sürdü.





Əlbəttə ki, qadağa gündəmə gələndən sonra gözlər ölkənin formal olaraq dini mərkəzi hesab edilən Qafqaz Müsəlmanları İdarəsinə dikildi. Ancaq qadağanın səhəri günü yerli mətbuata açıqlama verən QMİ-nin sözçüsü bildirdi ki, hələ 3 il əvvəldən, yəni 2011-ci ilin iyulundan QMİ ictimaiyyətə müraciət edərək ehsan məclislərinin israfdan uzaq şəkildə qeyd etməyə çağırıb. Yəni QMİ-nin qadağanı dəstəklədiyini bəyan etdi. Ancaq sonrakı günlərdə QMİ-nin binasında yerləşən mərasim zallarında ehsan məclislərinin davam etməsi medianın yenidən QMİ-yə müraciətinə əsas yaratdı. Və bu zaman idarədən açıq şəkildə bildirdilər ki, QMİ ehsan süfrələrinin məcburi olaraq qadağan edilməsinə qarşıdır. Ötən həftə isə Şeyxülislamın kiçik qardaşı, deputat Cavanşir Paşazadə ehsan süfrələrinin məcburi qadağan edilməsinə sərt təpki verərək bunu 1937-ci il repressiyaları ilə müqayisə edib.







Bundan sonra mətbuatda Şeyxin açıq şəkildə ehsan qadağasına qarşı olduğu, məcburi olaraq ehsan süfrələrinin yığışdırılmasına etiraz etdiyi haqda məlumatlar yayıldı. Hətta mediada Şeyxin bu məsələ ilə bağlı DQİDK sədrinə etiraz bildirdiyi və bu məsələni ölkə rəhbərliyi ilə müzakirə etməyə hazırlaşdığı ilə bağlı məlumatlar yayıldı. O da bildirildi ki, Şeyx qadağanı dəstəkləyən DQİDK sədrinə kəskin etiraz edib. Bu hadisədən sonra DQİDK sədri Mübariz Qurbanlı ilə Şeyxülislam arasında münasibətlərin pisləşdiyi qeyd edilir. Diqqət çəkən məqam ondan ibarətdir ki, məhz bu xəbərlər çıxandan sonra Mübariz Qurbanlı bir qədər geri çəkilərək ehsan qadağasının məcburi olmadığını, insanların könüllü şəkildə bu qadağadan imtina etməli olduğunu bəyan etdi. Görünən odur ki, DQİDK sədri Şeyxlə qarşıdurmaya getmək istəmir. Əslində bunda müəyyən qədər haqlı məqamlar da var.







Məsələ ondadır ki, uzun illər hakim partiyanın rəhbərliyində təmsil olunmuş, hakimiyyət içindəki münasibətlər sistemini yaxşı bilən M.Qurbanlı Şeyxin siyasi elitada hansı gücünün olduğunu yaxşı bilir. Eyni zamanda onu da bilir ki, Şeyx çox ağıllı və tədbirli siyasi xadimdir. QMİ sədri onun sahəsinə müdaxilə edilməsinə bir qayda olaraq müqavimət göstərir və təcrübəyə əsasən onunla toqquşan məmurlar bir qayda olaraq məğlub olurlar. Şeyxin ölkə rəhbərliyinə çox yaxın olması, üstəlik siyasi bacarığı onun gücünü daha da artırır.



Yeri gəlmişkən, Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildə yaradılıb. Formal olaraq DQİDK-in funksiyası fərqli olsa da, müəyyən mənada QMİ ilə səlahiyyət bölgüsündə sərhədlərin dəqiq cızılmaması səbəbindən iki qurum arasında ötən 13 ildə hər zaman soyuqluq yaranıb. Bəzən isə qarşıdurma baş verib. Komitənin demək olar ki, bütün sədrləri vəzifəyə təyin olunmamışdan əvvəl və təyin olunduqdan sonra Şeyxlə çox isti münasibətləri olsa da, sonradan münasibətlər kəskin şəkildə soyuyub, hətta açıq şəkildə qarşılıqlı ittihamlara çevrilib. Son nəticədə məhz DQİDK sədrləri cəzalandırılaraq vəzifələrini itiriblər. Azərbaycanda 10-15 il nazirlər bir postda qaldığı halda DQİDK sədrləri qəribə də olsa ən çoxu 6 il postunu qoruya bilib. Sonuncu sədr isə cəmi 2 il vəzifədə qaldı.



DQİDK-in birbaşa Şeyxin rəhbərlik etdiyi sahədə işlədiyini nəzərə alsaq, QMİ sədrinin bu qurumla yola getmədiyini deyə bilərik. Sonuncu fakt isə açıq şəkildə göstərdi ki, QMİ sədri ölkədə hətta pozitiv yönlü fəaliyyətlərə belə maraqlarına cavab vermədiyi təqdirdə qarşı çıxmaq gücündədir. Və bunu çəkinmədən edir.


Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR