Beynəlxalq Sahilyanı Təmizlik kampaniyası “Ocean Conservancy” (Okeanların Mühafizəsi) təşkilatının yaratdığı qlobal ekoloji hərəkatdır. Bu aksiya “insanların tulladıqlarını insanlar yığmalıdır” ideyasına əsaslanır.
Hər il sentyabr ayının 20-də keçirilən bu aksiya Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən iri miqyaslı könüllü hərəkatıdır. Coca-Cola şirkəti artıq 19 ildir ki, hər il bu aksiyaya qoşulur.
Buzovna çimərliyində keçirilən aksiyada hər iki şirkəti, müxtəlif gənclər təşkilatlarını və universitetləri təmsil edən 400 nəfərə yaxın könüllü iştitak edib və çimərlik sahəsindən 2 tondan atrıq tullantı yığılıb. Coca-Cola və Bakcell əməkdaşları təmizlənən ərazilərdən topladıqları tullantıları qeydə alaraq məlumatı “Ocean Conservancy” təşkilatına göndərəcək. Həmin məlumatlar isə dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunacaq.
Bakcell ilə yanaşı, EcoSfera qeyri-hokümət təşkilatı, Friday.az informasiya və əyləncə portalı, və AUUKA təşkilatı da bu təşəbbüsə qoşulub. Milli Olimpiya Komitəsi, ADA Universiteti, Təmiz Şəhər ASC, Youthİnc gənc sahibkarlay proqramı və ALLmag gənclər jurnalı bu aksiyanın daimi iştirakçılarındandır.
Kampaniya “Topla, Təmizlə, Fərqi Gör” şüarı altında keçirilib. Bütün iştirakçılar nəqliyyat, geyim və əlcək, qidalanma və digər lazımi ləvazimatlarla təmin olunublar.
Ötən 4 il ərzində bu aksiya nəticəsində Xəzər dənizinin 26 hektar sahil zolağından 10 ton məişət tullantısı toplanıb. Dünyada 650 000 nəfərdən artıq iştirakçı Coca-Cola ilə birlikdə 20 000 km dəniz zolağını tullantılardan təmizləyiblər.
Korporativ sosial məsuliyyətli olan Bakcell şirkəti bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin təmizliyi və planetimizin sağlamlığına öz töhfəsini verib.