Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olub. Layihənin önəmini qeyd edən bir sıra ölkənin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər..
Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Professor Saleh A. Alnassar Forumun önəmindən danışarkən qeyd edib ki, əfsuslar olsun ki, hec də dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclər siyasəti sahəsi haqda qanunlar qəbul edilib, bu istiqamətdə işlər aparılmır.
Prof. Saleh A.Alnassar: “Forumun önəmi gənclər siyasəti sahəsində yeniliklərin əldə olunması, dünyanın bir çox ölkələrinin təcrübələrindən yararlanma olacaq. Əminəm ki, forum gənclər siyasəti sahəsində çalışan hər kəs üçün yeni ilham mənbəyi və daha böyük uğurlara imza atılmasında ən uğurlu başlanğıc olacaq.”
Forumun önəmi ilə bağlı fikirlərini bölüşən digər nazir isə Serbiyanın Gənclər və idman naziri Vanja Udovicicdir. Nazir Serbiyanın gənclər siyasəti sahəsində digər ölkələr üçün maraqlı təcrübə ola biləcək işlər gördüyünü qeyd edib. Vanca Udovicic: “Ölkəmizin regional, Avropa və beynəlxalq səviyyədə böyük uğurlara imza atmasına baxmayaraq, təcrübə mübadiləsinin aparılması, yeni bilik və informasiyanın əldə edilməsi çox böyük önəm daşıyır. Tam əminliklə deyə bilərəm ki, oktyabr ayında Bakıda keçiriləcək forum iştirakçı ölkələr üçün önəmli və maraqlı olacaq.”
28-30 oktyabr Bakı şəhərində keçiriləcək forumda 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT –nın nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub. Qeyd edək ki, artıq forumun rəsmi: www.youthpolicy.org saytı da fəaliyyətə başlayıb.