Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Generallar Əbiyevə qarşı piketə dəvət edilib

Generallar Əbiyevə qarşı piketə dəvət edilib


Bu gün “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi Müdafiə Nazirliyinin rəhbərliyində olan bir sıra generallara maraqlı bir çağırlş edib. Azpolitika.info-nun məlumatına görə, Birlik bir neçə generalı martın 9-da nazir Səfər Əbiyevin malikanəsi qarşısında planlaşdırılan piketə dəvət edib. Piketin Səfər Əbiyevin Bakı şəhəri, Yasamal rayonu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsində yerləşən malikanəsinin qarşısında keçirilməsi planlaşdırılır.

Aksiyaya dəvət olunan general və polkovniklər bunlardır:



- general-leytenant Yaşar Aydəmirov, MN-nin Şəxsi Heyət Baş idarəsinin Təşkilati

Səfərbərlik idarəsinin rəisi;

- general-mayor Vaqif Məmmədov, MN-nin Şəxsi Heyət Baş idarəsinin Tərbiyəvi

İşlər idarəsinin rəisi;

- polkovnik Rauf Kişiyev, MN-nin Hüquq idarəsinin rəisi;

- polkovnik Eldar Səfərov, MN-nin Mətbuat xidmətinin rəisi.



“Düşünürəm ki, bu sizlər üçün xalqımıza, dövlətimizə və bütün Azərbaycan vətəndaşlarına məmur özbaşınalığına qarşı mübarizədə örnək olan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarına sadiqliyinizi nümayiş etdirmək üçün əlavə bir şansdır”, deyə müraciətdə “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin sədri, “SeDEP” QHT-lər Koalisiyasının” prezidenti Yaşar Cəfərli bildirib.





 


Teqlər:
Bu xəbər cəmi 2025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR