Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Koreya səfiri Gəncədə

Koreya səfiri Gəncədə
Bu gün Koreyanın Azərbaycandakı səfiri Choi Suk-inn Gəncədə rəsmi səfərdə olub.


 Daxil olan məlumata görə, Koreya səfiri səfər çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. 



Görüşdə İcra Hakimiyyətinin başçısı qonaqları Gəncədə görməkdən məmnunluq duyduğunu bildirib. Koreya ilə Azərbaycan arasında uzun illər yaranan işgüzar əlaqələrdən, xoş münasibətlərdən, qarşılıqlı əməkdaşlığın hər iki ölkənin inkişafındakı mühüm əhəmiyyətindən və bu əlaqələrin davamlı olaraq genişləndirilməsindən söhbət açıb.



Səfir Choi Suk-inn gəlişinin əsas məqsədinin Gəncədə məskunlaşmış köçkün ailələr və uşaqlarla görüşmək, onlarla sülh mövzusunda söhbətlər aparmaq, bir arada xoş anlar yaşamaqdan ibarət olduğunu deyib. Qeyd edib ki, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, təhsil sahəsində gündən-günə inkişaf edən dostluq, əməkdaşlıq əlaqələri həm Azərbaycan üçün, həm Koreya üçün çox əhəmiyyətlidir. Yaxşı olardı ki, Gəncə ilə Koreyanın bir şəhəri arasında qardaşlıq münasibətləri yaradılsın.



Sonda icra başçısı Elmar Vəliyev səfirə dahi mütəffəkir Nizami Gəncəvi, Məhsəti Gəncəvi,Heydər Əliyev Mərkəzi və Park-Kompleksi ilə bağlı hədiyyələr təqdim edib.


Teqlər:
Bu xəbər cəmi 1535 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR