Sərgidə Parisi başqa rakursdan təqdim edən silsilə rəsmlər nümayiş olunur. Onların arasında “Qara planlar”, “Məhəbbət məktubları”, “Piqal” və başqa rəsmlər var. Fernan Zako hərtərəfli rəssamdır. O, uşaq ədəbiyyatı üçün illüstrasiyalar, reklamlar, komikslər çəkir, gənclər üçün hazırlanan televiziya verilişləri ilə əməkdaşlıq edir.
Sentyabrın 26-da “Natəvan” qalereyasında Fernan Zakonun ustad dərsi keçiriləcək.
Sərgi sentyabrın 28-dək davam edəcək.