Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İnternet saytlarının sayı 1 milyardı ötüb

İnternet saytlarının sayı 1 milyardı ötüb
“Netcraft” şirkətinin analitik hesabatına əsasən, sentyabrda internetdə işləyən sayt və şəxsi bloqların sayı ilk dəfə 1 milyardı ötüb və 1022954603 qovşaq təşkil edib. Bu, ötən ayla müqayisədə 31 milyon host daha yüksəkdir.


“Netcraft” şirkətindən bildirilib ki, bundan əvvəl 1 milyard göstəricisi keçilməyib. Şirkətin hesabatında qeyd olunub ki, 19 il bundan əvvəl “Netcraft” şəbəkədə saytların sayı üzrə statistika aparmağa başlayıb və o zaman 1 milyard göstərici tamamilə əlçatmaz görünüb. Birinci hesabat 1995-ci ilin avqustunda dərc edilib. O zaman şəbəkədə yalnız 18957 sayt qeydə alınıb, amma iki il sonra bu göstərici artıq 1 milyona çatıb.



2000-ci ilin əvvəlində internetdə 10 milyondan çox sayt qeydə alınıb. O zaman “Netcraft” şirkəti 27/7/365 rejimində işləyən statistika sistemini işə salıb, çünki yalnız belə iş rejimi dəqiq hesablamanı təmin edə bilərdi. Bundan sonra “Netcraft” saytların hesablanması alqoritmlərini on dəfədən çox dəyişib.



Hazırda şəbəkədəki saytların çox hissəsi (71%-dən çox) üç veb-serverin (Microsoft IIS, Apache Httpd, həmçinin Nginx) idarəetməsi ilə işləyir. Son 7 ildə "Nginx" serverində kəskin artım tempi müşahidə olunur, amma hələ ki bazar payı digər ikisindən geri qalır.


Teqlər:
Bu xəbər cəmi 565 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR