Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda evlərin qiyməti bahalaşacaq

Bakıda evlərin qiyməti bahalaşacaq
“Bu ilin əvvəlindən başlayaraq daşınmaz əmlak bazarında qiymətlər 20 faizdən çox bahalaşıb”


Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qiymət artımı bu ilin sonuna kimi davam edəcək: 



“İlin əvvəli ilə müqayisədə qismən stabilləşmə müşahidə olunur. Buna baxmayaraq, aktiv olan ərazilərdə qiymətlərin artımı davam edir. Bu ərazilər daha çox ictimai nəqliyyatla təmin olunan ərazilər sayılır. Artımlar daha çox Bakı şəhərinin ikinci və üçüncü zonasında, mərkəzdən nisbətən kənar olan ərazilərdə qeydə alınıb. Alıcıların çox hissəsi həmin ərazilərdən mənzil almağa üstünlük verirlər. Proqnozlar onu deməyə əsas verir ki, bu ilin sonuna qədər daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək”.



Ekspert bildirib ki, 2015-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin daha dinamik artımı ehtimal olunur: “Çünki söküntünün coğrafiyası genişlənir, müəyyən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində dövlət tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində atılan addımların sayı artır. Söküntü işlərinin artması ilə yanaşı, daşınmaz əmlak bazarına tələbat genişlənir. Vətəndaşlara konpensasiya kimi ödənilən vəsaitlər yenidən daşınmaz əmlak bazarına qayıdır. Bu baxımdan həm torpaq sahələrinin, həm də mənzillərin qiymətində artımlar müşahidə olunur”.



Alıcılıq qabiliyyətinə gəlincə, R.Osmanlı bildirib ki, istehlakçılar daha çox köhnə tikililərdə mənzil almağa üstünlük verirlər: “Köhnə tikililərin sənədlərində hüquqi baxımdan ciddi qüsurlar mövcdu deyil. Yeni tikilən binalara isə etimadsızlıq mühiti var. Həmçinin istehlakçıların aldadılması ilə bağlı olan məsələlər də buna təsir edir. Eyni zamanda yeni tikilən binalara qazın verilməsi və sənədləşmə ilə bağlı problemlər qalmaqdadır. Sadalanan problemlər yeni tikilən binalara marağın aşağı düşməsinə gətirib çıxarır”.


Teqlər:
Bu xəbər cəmi 1310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR