Ötən gündən davam edən güclü şimal-qərb küləyinin gündüz müləyimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.