Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Açıq-saçıq reklamlar qadağan olunacaq

Açıq-saçıq reklamlar qadağan olunacaq


Azərbaycanda əhalinin, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərin mənəviyyatına ziyan vuran açıq-saçıq reklamlar qadağan oluna bilər. Fins.az-ın məlumatına görə, bu məsələ “Reklam haqqında” yeni qanun layihəsində nəzərdə tutulub. Layihə Milli Məclisin İqtisadi siyasət komitəsində hazırlanıb. Bu barədə açıqlama verən layihənin müəllifi Vahid Əhmədov deyir ki, yeni qanun artıq parlamentə tövsiyyə edilib və çox güman ki, payız sessiyasında müzakirəyə çıxarılacaq.



Reklam bazarı 70 milyon dollardır



Vahid Əhmədovun sözlərinə görə, yeni reklam qanunvericiliyi 1997-ci ildən qüvvədə olan qanundan 70% fərqlənəcək: “O vaxt bizim reklam bazarının həcmi 200 min dollar idi, indi bu rəqərm 70 milyon dollardır. Ölkə kifayət qədər inkişaf edib, yeni məhsul və xidmətlər yaranıb, odur ki, reklam qanunvericiliyinin dəyişdirilməsi də zəruridir”.



Dərmanların reklamına məhdudiyyət qoyulacaq



Yeni qanunda əhalinin sağlamlığı diqqət yetirilmiş məsələlərdən biridir. Millət vəkili deyir ki, qanunun qəbulundan sonra dərman preparatlarının və tibbi vasitələrin reklamına məhdudiyyətlər qoyulacaq. Bundan başqa, silah-sursatın reklamı ilə bağlı da hədlər müəyyən ediləcək.



SMS reklamları da qadağan ediləcək



Qanunda daha bir yenilik isə vətəndaşların mobil telefonlarına, elektron poçtlarına göndərilən reklam xarakterli ismarıclarla bağlıdır. Vahid Əhmədovun sözlərinə görə, ölkədəki şirkətlər yalnız müqavilə əsasında vətəndaşları öz məhsul və xidmətləri barədə məlumatlandıra biləcəklər.



Banklar aldada bilməyəcək



Və nəhayət, “Reklam haqqında” yeni qanunda əhaliyə göstərilən bank xidmətlərinin reklamına da toxunulub. Belə ki, qanun qəbul olunacağı təqdirdə, əhaliyə əmanət, kredit kimi məhsullarla bağlı aldadıcı məlumat verilməsi mümkün olmayacaq: “Vətəndaş reklama baxandan sonra dəqiq biləcək ki, ona nə təklif olunur”.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR