Azərbaycan prezidenti İlham Əliyev Malta prezidenti Mari-Luiz Koleyro Prekaya məktub ünvanlayıb.
Ölkə başçısı həmkarını Respublika günü münasibətilə təbrik edib:
-Hörmətli xanım Prezident,
Malta Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Dövlət başçısı həmçinin Mali prezidenti İbrahim Bubakar Keytaya da təbrik məktubu göndərib:
-Hörmətli cənab Prezident,
Mali Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Mali xalqına sülh və tərəqqi diləyirəm.