Bu haqda Ukraynanın Birinci milli telekanalının baş direktoru Zurab Alasaniya bildirib.
O, bildirib ki, müsabiqədə iştirak etmək üçün xeyli miqdarda vəsait lazımdır. Vəsait isə az olduğuna görə müsabiqədə pis nəticə əldə edə bilərik.
“Qısa və dürüst şəkildə deüyə bilərəm ki, müsabiqədə iştirakımız yersizdir və vaxtı deyil. Dişlərimizi sıxa-sıxa müsabiqədə iştirak etmək istəmirik. Ümid edirəm ki, 2016-da müsabiqədə iştirak edəcəyik”, deyə Zurab Alasaniya facebook səhifəsində yazıb.
Qeyd edək ki, Ötən il Danimarkada keçirilən “Eurovision” mahnı müsabiqəsində Ukrayna altıncı yeri tutmuşdu.