Hər il sentyabr ayının 20-də keçirilən Beynəlxalq sahilyanı Təmizlik aksiyası Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən iri miqyaslı könüllü hərəkatıdır. Bakcell böyük məmnuniyyətlə Coca-Cola şirkətinin təşəbbüsü ilə 2010-cu ildə Azərbaycanda başlayan ekoloji aksiyaya qoşulur. Beynəlxalq Sahilyanı Təmizlik kampaniyası “Ocean Conservancy” (Okeanların Mühafizəsi) təşkilatının yaratdığı qlobal ekoloji hərəkatdır və Coca-Cola şirkəti bu hərəkatda 1995-ci ildən iştirak edir. Bakcell şirkətinin əməkdaşları məmnuniyyətlə Azərbaycanda keçirilən bu beynəlxalq kampaniyaya qoşulur.
«Coca-Cola şirkəti yaşadığımız cəmiyyətin inkişafına, ətraf mühitin qorunmasına xüsusi önəm verir. Xəzər dənizinin sahilinin təmizlənməsi üçün artıq 5-ci ildir ki, keçirdiyimiz ekoloji aksiyaya hamını dəvət edirik. Bu aksiyaının məqsədi yalnız dəniz sahili ərazisini təmizləmək deyil, həmçinin bizim milli sərvətimiz olan Xəzər dənizini qorumaq və təbiətə münasibətdə məsuliyyət və qayğı hissini, vərdişlərini aşılamaqdır”,- Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş Müdiri Cem Becel bildirmişdir.
“Bakcell Coca-Cola şirkətinin ekoloji təşəbbüsünə məmnuniyyətlə qoşulur. Bizim şirkətlərimizin əməkdaşları Xəzər dənizinin sahil zolağının təmizlənməsi məqsədilə beynəlxalq aksiyada iştirak edəcəklər. Cəmiyyət qarşısında öz sosial məsuliyyətini yerinə yetirən şirkəti kimi Azərbaycanda cəmiyyətin inkişafında və ətraf mühitin qorunmasında fəal iştirak etdiyimiz üçün fəxr edirik” – deyə, Bakcell şirkətinin Baş İcraçı Direktoru Riçard Şirer qeyd etmişdir.
Bu aksiya insanların tulladıqlarını insanlar yığmalıdır ideyasına əsaslanır. 2013-cü ildə bu aksiyada dünya üzrə 650,000 nəfər könüllü iştirak edibvə 20,000 km.uzunluğunda sahil zolağı təmizlənib. Coca-Cola şirkətinin başladığı bu kampaniya nəticəsində son 4 il ərzində Xəzər dənizi sahilinin 26 hektar ərazisi təmizlənərək 10 tondan artıq tullantı yığılıb. Bu müddət ərzində aksiyaya Milli Olimpiya Komitəsi, ADA Universiteti, ASAN Xidməti, Təmiz Şəhər, YARAT, AmCham, Youthİnc və s. qurumlar qoşulub.Bu il Bakcell şirkəti də bu hərəkata qoşulan ilk mobil operator kimi ölkədə ekoloji maarifçilik, ətraf mühitin təmizliyi və planetimizin sağlamlığına öz töhfəsini vermiş olacaq. Coca-Cola vəBakcell əməkdaşları təmizlənən ərazilərdən topladıqları tullantıları qeydə alaraq məlumatı Ocean Conservancy təşkilatına göndərəcək. Həmin məlumatlar isə dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabtlarda əks olunur.
Cəmiyyətmiz və planetimizinsağlamlığını qorumaq, ətraf mühiti təmiz saxlamaq istəyirsizsə 20 sentyabr 2014 traixində Xəzər Dənizimizin sahilini təmizləmək üçün Buzovna qəsəbəsində təşkil olunacaq aksiyaya qoşulmağa tələsin. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edə, və ya,https://www.facebook.com/CCDCocaColaAzsəhifəsində qeydiyyatdan keçə bilərlər.