Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Göygöldə Azərbaycan-Almaniya konfransı

Göygöldə Azərbaycan-Almaniya konfransı
Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə Göygöl şəhərində “Cənubi Qafqazda alman irsinin qorunub saxlanması” mövzusunda konfrans işə başlayıb.


Konfransdan əvvəl Göygöldə yaşamış sonuncu alman Viktor Klaynın evində Cənubi Qafqazda alman irsi muzeyi yaradılması barədə konsepsiya sənədi imzalanıb.



Konfransı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov açaraq mədəni irsin qorunması və onun regional inkişafı üçün mövcud potensial imkanlardan danışıb. O, qeyd edib ki, son illər rayona gələn Almaniya dövlətinin nümayəndələrinin və turistlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Əsası 1819-cu ildə almanlar tərəfindən qoyulan və Helenendorf adlandırılan indiki Göygöl şəhəri iki ölkə arasında sosial, iqtisadi, mədəni və ictimai əlaqələrin daha da genişləndirilməsinə öz töhfələrini verir. Burada yaşamış sonuncu alman Viktor Klaynın evi 1886-cı ildə inşa edilib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həmin evin alman icmasının muzeyinə çevrilməsi ilə bağlı qərar qəbul edilib. Mənzilin sahibinə məxsus evdə olan 1893 əşya inventarlaşdırılıb. Bundan sonra isə həmin ev Cənubi Qafqazda alman irsi muzeyi kimi fəaliyyət göstərəcək.



Sonra Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mossinger çıxış edərək Göygöldə alman arxitekturası üslubunda salınan 6 küçənin əvvəlki görkəmini saxlamaqla əsaslı şəkildə yenidən qurulmasını Azərbaycanda beynəlmiləlçilik ənənələrinin uğurla davam etdirilməsi kimi dəyərləndirib.



Tədbirdə Azərbaycan və Almaniyadan olan işçi qrupları tərəfindən müxtəlif layihələr təqdim olunub. Yeni yaradılacaq muzey üçün Rusiya almanlarının tarixinə dair konsepsiya sənədinin hazırlanması təklif edilib.



Konfrans sentyabrın 18-də öz işini seminarlarda davam etdirəcək.


Teqlər:
Bu xəbər cəmi 1210 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR