İlk dəfə əyninə hərbi forma geyinmiş gələcəyin zabitləri sıra meydanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin və Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gənc kursantlar Şərəf Andını qəbul etdikdən sonra hərbi lisey rəisi general-mayor Mirzə Almasov onları təbrik edib və şərəfli yolda gələcəyin zabitlərinə uğurlar arzulayıb. Sonra şəxsi heyət qarşısında liseyin müəllimləri və gənc kursantların valideynləri çıxış edərək əlamətdar gün münasibətilə hamını təbrik edib, gənclərimizə xeyir-dua verib və kursantların gələcəkdə Silahlı Qüvvələrimizin hərbi qüdrətinin güclənməsinə öz töhfələrini verəcəklərinə əmin olduqlarını ifadə ediblər.
Kursantların təntənəli marşla keçidindən sonra lisey rəhbərliyinin valideynlərlə görüşü keçirilib və onlar liseydə yaradılmış şaraitlə tanış olublar.