D qrupunda yer alan “Qalatasaray” öz meydanında Belçikanın “Anderlext” klubunu qəbul edəcək. Bu İstanbul klubunun Çempionlar Liqasında ümumilikdə, 152-ci oyunu olacaq. Cim Bom geridə qalan 151 matçın 55-ni qalibiyyətlə, 59-nu isə məğlubiyyətlə başa vurub. 37 görüş isə bərabərliklə yekunlaşıb.
“Qalatasaray”ın bu gün “Türk Telekom Arena” da keçiriləcək matçdakı yeganə istəyi “Anderlext”i məğlub edərək yeni mövsümdə Çempionlar Liqasının ilk qələbəsini qazanmaqdır. Cim Bomla bir qrupda yer alan “Borusoua-Dortmund” və “Arsenal”da bu gün münasibətlərinə aydınlıq gətirəcəklər.
16 sentyabr
Saat 23:45
“Qalatasaray”- “Anderlext”