2014-cü ilin birinci yarısında ölkə iqtisadiyyatına 7,3 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 38,3 faiz çox xarici investisiyalar yönəldilib. İnvestisiyaların 11,2 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,1 faizi birbaşa, 35,7 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub.
Birbaşa investisiyaların həcmi 3,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artmış, onun 3,3 milyard dolları və ya 85,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.
Bu dövrdə ölkə rezidentlərinə 815,5 milyon ABŞ dolları ekvivalentində xarici kreditlər təqdim edilmiş, onlardan 46,5 faizi dövlət təminatlı kreditlər olub.