Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Banklar "saxta arayış"ların üstünü necə açırlar?

Banklar


Azərbaycan vətəndaşları banklardan kredit almaq üçün iş yerindən arayışlarda maaşları əslində olduğundan artıq göstərməkdən çəkinmirlər. Hərçənd yerli banklardan fins.az-a verilən məlumata görə, bank əməkdaşları arayışlarda göstərilən bu rəqəmlərin dəqiqliyini yoxlamağı bacarırlar.







"Adətən maaşı 200-300 manat artırırlar"



“Dəmirbank”a müraciət edən müştərilər arasında kredit almaq üçün iş yerindən saxta arayış təqdim edən müştərilərə ara-sıra rast gəlinir. Bankın nümaynədəsi Nicat Əhmədov bildirir ki, söhbət maaşın yüksək imkan verən həddə göstərilməsindən gedir: "Məsələn, əgər bank maaşın 5 misli qədər kredit ayırırsa, 5 min manat kredit almaq üçün əmək haqqını mühasiblə danışıb 1000 manat yazdıranlar olur".



İşi yerindən gətirilən arayışlarda əmək haqqını yüksək göstərən müştərilər "Xalq Bank"ın müştəriləri arasında da var. Bankın təmsilçisi Elşən Eynullayevin sözlərinə görə, belələri maaşlarını kredit almaq üçün tələb olunan həddə qədər, adətən bir neçə yüz manat şişirdirlər.



Azərbaycanda kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan “Bank of Baku”da bəzən saxta arayışlarla rastlaşır. Hərçənd bankda bildirirlər ki, belə müştərilərin sayı böyük deyil. Adətən belə müştərilər maaşlarını əslində olduğundan 200-300 manat artıq göstərirlər.



Maraqlıdır ki, saxta arayış gətirən müştərilər yalnız maaşlarını artırmaqla kifayətlənirlər. Mövcud olmayan iş yeri barədə arayış gətirənlər isə demək olar ki, yoxdur. E.Eynullayevin sözlərinə görə, belə hallar bir neçə il bundan əvvəl qeydə alınırdı: "İndi isə heç kim belə bir məsuliyyətin altına girib saxta arayış vermək istəmir".







700, 800, 900 rəqəmləri şübhə oyadır



Amma banklar belə halların qarşısını almağı öyrəniblər. Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Məsələn, "Bank of Baku"da bildirirlər ki, əgər arayışda maaşın məbləği yuvarlaq rəqəmlə göstərilibə, bu artıq şübhələnməyə əsas verir: "əksər hallarda yuvarlaq rəqəmlərin göstərilməsi kredit ekspertərində şübhə oyadır". Bundan başqa, “Bank of Baku”da müştərinin tutduğu vəzifənin arayışda göstərilən maaşa uyğunluğu dəqiqləşdirilir: "Arayışda qeyd edilən nömrələr axtarış sistemlərində yoxlanılır, qeyd edilən vəzifə ilə qeyd edilən maaş arasında məntiqi uyğunsuzluq yarandıqda iş yeri ilə əlaqə saxlanılır. Kredit mütəxəssislərində şübhə oyadan müştəridən əmək müqaviləsi tələb olunur".



“Dəmirbank”da isə belə halların qarşısını almaq üçün əvvəlcə müştəri ilə söhbət aparılır, yalnız onun barəsində ilkin məlumatları dəqiqləşdirdikdən sonra iş yerindən arayış və digər sənədlər tələb edirlər. N.Əhmədov bildirir ki, bu üsul özünü doğruldur. Bundan başqa, saxtakarlıq hallarının qarşısını almaq üçün müştərilərdən tələb edilir ki, iş yerindən gətirdikləri arayış firma blankında tərtib edilsin, burada şirkətin əlaqə məlumatları (ünvan, telefon və faks nömrələri, electron poçt və s.) göstərilsin və s. Nəhayət, kredit verilməzdən əvvəl vətəndaşın iş yeri ilə əlaqə saxlanılır, müştəri barədə məlumat toplanılır: "Ümumiyyətlə isə, "Dəmirbank"ın əməkdaşlıq etdiyi, etibar etdiyi dövlət qurumları və özəl müəssisələri var ki, bacardıqca kredit onların əməkdaşlarına ayrılır".



"Xalq Bank"da arayışın saxta olub-olmadığını yoxlamaq üçün müştərinin əmək haqqı hesabından çıxarış və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər tələb oluna bilər: "İş yerinin həqiqiliyini həmin təşkilata zəng edərək, əmək kitabçası və ya əmək müqaviləsini tələb edərək dəqiqləşdirmək olar. Arayışda qeyd edilmiş əmək haqqının düzgünlüyünü isə əmək haqqı kart hesablndan çıxarış və ya işəgötürən tərəfindən DSMF-ə təqdim edilən B3 formasına baxaraq yoxlamaq olar".







Saxtakarlara güzəşt eləmirlər



Banklar belə müştərilərə qarşı sərt davranırlar. Dəmirbank”da bildirirlər ki, əgər banka təqdim edilmiş arayışda saxtakarlıq aşkar edilərsə, bu halda həmin müştərinin adı “qara siyahı”ya salınır və bütün filiallara xəbərdarlıq olunur ki, həmin şəxsə kredit verilməsin. “Xalqbank”a saxta arayış təqdim etmiş müştərilər də buradan kredit götürmək şanslarını itirirlər: "Saxta arayış təqdim etmiş şəxslərin adları "Qara siyahı"da qeydə alınır və həmin şəxslərə kredit verilmir".



Eyni üsul “Bank of Baku”da da mövcuddur: "Əgər saxtakarlıq halı aşkar olunarsa, həmin şəxs qeydiyyata götürülür və ona ümumiyyətlə kredit verilmir".


Teqlər:
Bu xəbər cəmi 9920 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR