2011-ci ildə bu rəqəm 49 min 126, 2010-cu ildə isə 57 min 240 nəfər olub. Bu da 3 il ərzində ən azı 4 rayonun xəritədən silinməsi deməkdir. Erməni mətbuatı isə bu rəqəmlərin Milli Statistika xidməti tərəfindən azaldıldığını, həqiqəti əks etdirmədiyini deyir. Ermənistan vətəndaşı Susanna Asatryan deyir ki, valideynlərimiz arxamızdan göz yaşı tökür:
"Qızım getmə deyir, amma bu göz yaşları belə məni burda saxlaya bilmir. Mən də öz övladımı düşünüb ölməmək üçün burdan gedirəm. Mən ona lazımam". Erik Tamoyan isə ağlayaraq deyir: "Həyat yoldaşım vəfat etdi. Bu xarabalıqda, ac-susuz, soyuq evdə yaşamaqdan. İndi mən anasız qalan uşağıma yemək tapib ala bilmirəm. Çox çətindi. Qızımı necə böyüdəcəm bilmirəm. Onu da itirməkdən çox qorxuram".
Həqiqətdə isə rəqəm daha böyükdür. Belə ki Ermənistanın milli statistika xidməti 2010cu ildə əvvəlcə ölkəni tərk edənlərin 30 min nəfər olduğunu açıqlasa da, bir müddət sonra yeni texnologiyalara əsasən rəqəmi təzədən hesabladığını və 57 min insanın Ermənistanı tərk etdidiyini bildirib.
Bundan əlavə xidmətin açıqlamasına görə, 2012-ci ildə 2011-ə nisbətən doğulan uşaqların sayı da azalıb, ölümün, o cümlədən də intiharların sayı artıb, nikahlar isə azalıb.