Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Almaniya ilə ticarət dövriyyəsi 25 faiz artıb

Almaniya ilə ticarət dövriyyəsi 25 faiz artıb
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb.


Nazirlikdən daxil olan məlumata görə, görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer və iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Daqmar Vöhrl, eləcə də Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel iştirak ediblər. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Almaniya əməkdaşlığının uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıb. 



Bildirilib ki, Azərbaycan-Almaniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun, həmçinin Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir. Hazırda Azərbaycanda müxtəlif sahələrdə 177 Alman investisiyalı şirkət fəaliyyət göstərir. Azərbaycan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), KfV Bankı ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirilir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Almaniya ilə ticarət əlaqələri ildən-ilə genişlənir.



2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 25% artaraq 2,2 mlrd. dollara çatıb. Artım tendensiyası 2014-cü ildə də davam edib, bu ilin 7 ayı ərzində ticarət dövriyyəsi 15% artıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar, həyata keçirilən iri regional infrastruktur layihələri barədə məlumat verən nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub və münaqişənin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu diqqətə çatdırııb.


Teqlər:
Bu xəbər cəmi 1625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR