Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Həkim işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə görə maaş alacaq”

“Həkim işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə görə maaş alacaq”


Baş nazirin müavini Əli Əhmədov rəsmi dövlət qəzeti “Azərbaycan”ın 12 sentyabr sayına müsahibəsində icbari tibbi sığortaya keçidin mərhələləri və xüsusiyyətləri, səhiyyə sistemində aparılacaq islahatlardan danışıb. “Media forum” saytının məlumatına görə, Əli Əhmədov deyib ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir: “Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik.





İcbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin başlıca vəzifəsidir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir. Bu mahiyyət etibarı ilə səhiyyənin maliyyələşməsinin fərqli formasıdır. İcbari tibbi sığorta şəraitində səhiyyə müəssisəsi ilə pasient arasında münasibətlər, sadə şəkildə desək, alğı-satqı münasibətləri sferasına cəlb edilir. Müalicə müəssisələri səhiyyə xidmətlərinin satıcısı, icbari tibbi sığorta sistemi isə pasientlər üçün həmin xidmətlərin alıcısı rollarını oynayır.



Hazırkı şəraitdə dövlət tibbi müəssisələri büdcədən maliyyələşir və bunun müqabilində pasientlərə bütün zəruri tibb xidmətləri göstərilməlidir. Lakin tibb müəssisəsində belə bir yanlış fikir formalaşıb ki, onlar vətəndaşlara sanki pulsuz xidmət göstərir. Səhiyyə müəssisəsi, həkimlər və tibb personalı unudur ki, xəstəxanaya büdcədən vəsait ayrılması, xəstəxananın xərclərinin büdcə vəsaitləri hesabına qarşılanması mahiyyət etibarilə insanlara göstərilən xidmətlərə görə ödənən haqdır. Belə yanlış qavrama ona görə meydana gəlib ki, müalicə müəssisəsi ayrılan büdcə vəsaitini, həkim və tibbi personal isə maaşlarını göstərdiyi konkret xidmətə və onun keyfiyyətinə görə deyil, sadəcə, fəaliyyət göstərdiyinə görə alır. Həkim və tibb personalı tibbi xidmət göstərdi ya göstərmədi, yaxşı və ya pis xidmət göstərdi, fərq etmir, əməkhaqqını alır. Eləcə də tibb müəssisəsi. Müraciətlər olur, ya yox, fərq etməz, bütün zəruri xərclər, o cümlədən personalın əməkhaqqı ödənilir. Bunun sayəsində istər səhiyyə müəssisəsi olsun, istər həkim, ona müraciət edən vətəndaşa göstərdiyi xidməti onun boynuna, yumşaq şəkildə desək, bir minnət kimi qoyur.



İcbari tibbi sığorta sistemi hər şeydən əvvəl səhiyyədə müşahidə edilən bir çox problemlərin səbəbi kimi çıxış edən bu münasibəti dəyişdirmək məqsədi daşıyır. İcbari tibbi sığorta sistemində nə tibb müəssisəsi, nə də tibb personalı ona müraciət edən vətəndaşın boynuna minnət qoya biləcək. İstər tibb müəssisəsi olsun, istərsə də həkim, dərk etməli olacaq ki, aldığı vəsait və ya məvacib göstərdiyi xidmətə görə vətəndaşın və ya onun əvəzinə dövlətin artıq konkret olaraq, buna diqqət vermək lazımdır, tibb müəssisəsinə ödəmələrindən asılıdır.



Paralel olaraq rollar da dəyişəcək: indi vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə biləcək. Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq. Səhiyyə müəssisəsinin maliyyələşməsi də eyni prinsip əsasında həyata keçiriləcək. Nəticədə səhiyyə üçün ayrılan dövlət vəsaiti hesabına daha çox sayda pasientə daha keyfiyyətli tibbi xidmət göstərmək mümkün olacaq. Bax bu, ayrıca vurğulamaq istəyirəm, icbari tibbi sığorta sisteminin ikinci mühüm mənası, daha doğrusu, üstünlüyü sayılmalıdır.



İcbari tibbi sığorta sistemində həm səhiyyə müəssisələri, həm də həkimlər arasında sağlam rəqabətin yaranması qaçılmazdır. Vətəndaşlar harada daha yaxşı tibbi xidmət göstərilir, oraya müraciət edəcək, hansı həkim daha peşəkardır onun yanına gedəcəklər. Bu sistemdə pis həkim, pis səhiyyə müəssisəsi anlayışları qısa vaxtda sıradan çıxacaq. Yüksək keyfiyyətli tibbi xidmət səhiyyə müəssisəsinin və həkimin gəlirlərinin kəmiyyətini müəyyən edəcək və bunun nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yaxşılaşmış olacaq. Qeyd etdiyim sonuncu hal icbari tibbi sığorta sisteminin insanlara bəxş etdiyi digər çox vacib üstünlükdür”.



Baş nazirin müavini əlavə edib ki, hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır: “Əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşın icbari sığorta ödəmələrindən boyun qaçırması ən azından başa düşülməz. Əvvəla, insan özü öz sağlamlığının qayğısına qalmalıdır və bu qayğının bir ifadəsi də icbari tibbi sığorta fondunun formalaşmasında iştirak etməkdir. Etiraf edək ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz. İkinci tərəfdən, bununla hər bir vətəndaş böyük xərclər çəkmədən özünün və ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olur. Hamıya aydın olmalıdır ki, icbari tibbi sığorta haqlarını intizamla ödəməklə insan sağlamlığı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmaq üçün daha artıq xərclərdən sığortalanmış olur. İcbari tibbi sığortanın mahiyyəti elə bundan ibarətdir. Bunu cavan da, yaşlı da dərk etmək zorundadır. Əgər cavan bir insan illərlə həkimə müraciət etmirsə, bu onu icbari sığorta ödəməsindən boyun qaçırmağa sövq etməməlidir. O, bu gün daha çox müalicəyə ehtiyacı olan insanlara yardım edir ki, özü yaşlananda həkimə zəruri çoxsaylı müraciətlərinin cavan və səhiyyə müəssisələrinə müraciət etməyən əhalinin icbari sığorta ödəmələri vasitəsi ilə qarşılanmasına mənəvi haqqı çatsın.



Burada bir cəhəti xüsusi qeyd etməyi vacib sayıram. Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir”.



 


Teqlər:
Bu xəbər cəmi 1340 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR