Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Zakir Həsənov hərbi məktəblərdə olub

Zakir Həsənov hərbi məktəblərdə olub
Müdafiə naziri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub. “Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müdafiə nazirinə ali hərbi təhsil müəssisəsinin baş planı göstərilib, qərargah və digər inzibati binalar, həmçinin məktəbin ərazisində yerləşən infrastruktur haqqında ətraflı məlumat verilib. Müdafiə naziri məktəbin yeni təmir olunmuş, müasir avadanlıqlar və stendlərlə təchiz edilmiş tədris korpuslarında, müxtəlif kafedralarda və fənn kabinələrində tədrisin maddi-texniki şəraitinə baxış keçirib, o cümlədən yeməkxana, yataqxana və inzibati binalarda olub. Müdafiə naziri Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəblərində də mövcud şəraitlə tanış olub. Sonra nazirliyin rəhbər heyəti, məktəblərin komandanlığı və müəllim-professor heyətinin iştirakı ilə geniş tərkibdə toplantı keçirilib Eyni zamanda, məktəbdə qısa müddətdə yüksək səviyyədə aparılan təmir-bərpa işlərindən, maddi-texniki bazanın vəziyyətindən məmnun qalan müdafiə naziri bütün bunlarda əməyi olan hər kəsə təşəkkür edib. Hərbi məktəblərdə təhsillə bağlı fikirlərini bölüşən müdafiə naziri tədris-maddi bazasının imkanlarından geniş istifadə etməklə çöl təlim-məşqlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O deyib ki, bizim hərbi məktəbləri bitirən gənc zabitlər elə praktiki hərbi biliklərə yiyələnməlidirlər ki, döyüş zamanı istənilən və zəruri şəraitdə qazandıqları vərdişləri asanlıqla və əminliklə tətbiq etmək bacarığına malik olsunlar. Sonda Müdafiə naziri gələcəyin zabit kadrlarının hazırlıq səviyyəsinin gücləndirilməsi, nizam-intizamın və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində məktəbin rəhbərliyinə tapşırıq və tövsiyələrini verib.

Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR