Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkili Cavid Qurbanov: "Gücə güc ilə cavab verəcəyik"

Millət vəkili Cavid Qurbanov:
Qarabağ münaqişəsi sülh danışıqları yolu ilə həll olunmalıdır. Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger belə hesab edir. Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Dünən XİN başçısı Elmar Məmmədyarovla görüş zamanı nazir bu münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar olduğunu bildirib”, - deyə K.Öllenger çərşənbə günü Bakıda Avstriya-Azərbaycan parlament nümayəndə heyətinin görüşündə qeyd edib. “Azərbaycan və Ermənistan arasında müharibə hər an təkrar başlaya bilər. Hesab edirəm ki, münaqişənin güc yolu ilə həllindən çəkinmək lazımdır”, - deyə K.Öllenger bəyan edib. Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Cavid Qurbanov öz növbəsində Milli Məclisdə qeyd edib ki, Bakı Azərbaycanın işğal olunan ərazilərinin azad edilməsinə hazırdır. Lakin, buna baxmayaraq Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. “Qarabağ məsələsi heç bir halda müzakirə mövzusu ola bilməz. Biz bütün qoşularımızla sülh və dostluq şəraitində yaşamağa hazırıq. Lakin heç kimə ərazimizin bir qarışını da verməyəcəyik”, - deyə parlament üzvü bəyan edib. “Əgər danışıqlar nəticəsiz olarsa və Ali Baş Komandan ərazilərin azad edilməsi üçün gücün tətbiqinə dair əmr verərsə - biz buna hazırıq. Biz heç kimdən qorxmuruq”, - deyə o vurğulayıb. Deputat qeyd edib ki, ermınilər artıq dövlətlərini yaradıb – Ermənistanı. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. C.Qurbanov bildirib ki, Azərbaycan – çoxmillətli ölkədir, burada ermənilr də dinc şəraitdə yaşayırlar. “Azərbaycanda ermənilərlə yanaşı 20-dən artıq etnik azlıqların nümayəndələri yaşayır. Onlar hər biri qardaşlarımızdır. Bu gün Azərbaycanda 40 mindən artıq erməni yaşayır. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlı yoxdur. Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, lakin bizim də hüquqlara hörmət etməyə çağırırıq. Bizim danışıqlar aparmaq üçün dilimiz və təhlükənin qarşısını almaq üçün gücümüz da var. Gücə güc ilə cavab verəcəyik”, - deyə o bəyan edib. /interfax.az/

Teqlər:
Bu xəbər cəmi 970 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR