Daxil olan məlumata görə, şəhərin hüquq mühafizə orqanları və icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Elmar Vəliyev diqqətə çatdırıb ki, ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq hər bir vətəndaşın arzu və təklifinə, eləcə də şikayətinə diqqətlə yanaşılır.
Sonra qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərin həlli ilə bağlı müraciət ediblər.
Su ilə bağlı müraciətlərə cavab olaraq bildirilib ki, yeni infrastrukturun yaradılması prosesi tezliklə başa çatacaq və vətəndaşlar sutka ərzində içməli su ilə fasiləsiz təmin olunacaqlar.
Qəbul zamanı icra başçısı bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və Qarabağ müharibəsi əlillərinin övladları pulsuz məktəbli forması ilə təmin olunacaq.
Ümumilikdə, qəbula gələn 100-dən artıq vətəndaşın müraciəti dinlənilib və qaldırılan bir çox məsələlər yerindəcə həllini tapib.