AZADİNFORM. Peşə liseylərinin məzunları üçün keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqə"lərini “Şagird-Məzun"sistemi”nə daxil olub çap edə bilərlər. “Azadinform” xəbər verir ki, bunun üçün http://tqdk.gov.az/sagird2013/pageparol.aspx internet ünvanına keçib "Şagirdlər üçün" düyməsini basmaq, iş nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsini və ya TİMS kodunu müvafiq sahəyə daxil etmə və "Daxil ol" düyməsini basmaq lazımdır.
Şagird səhifəsində "Buraxılış vərəqi" düyməsini basdıqda ekrana şagirdin buraxılış vərəqəsinin təsviri ötürülür. "Print" düyməsindən istifadə edərək "Buraxılış vərəqəsi" çap edilməlidir.
Tələb olunan Adobe Reader proqramını aşağıdakı ünvandan yükləmək olar: http://get.adobe.com/reader/?promoid=HTEHT
Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılış vərəqələrini öz səhifələrinə daxil olub çap etmək imkanı yaradılıb.