Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bankdan reklam qadağası ilə bağlı- Açıqlama

Mərkəzi Bankdan reklam qadağası ilə bağlı-  Açıqlama


Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kreditləri sahəsində reklamların məhdudlaşdırılmasına dair kommersiya banklarına heç bir göstəriş verməyib.



AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, istehlak kreditləri sahəsində reklamların məhdudlaşdırılmasına dair kommersiya banklarına göstərişin verilməsi Mərkəzi Bankın səlahiyyətləri xaricindədir və bu istiqamətdə kommersiya banklarına hər hansı göstəriş və ya tövsiyə verilməyib. 



“Mərkəzi Bank bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində yalnız prudensial çərçivədə nəzarət həyata keçirir”, - deyə məlumatda vurğulanır.



Xatırladaq ki, bir müddət öncə bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda istehlak kreditləri sahəsində reklamların qadağan edilməsi ilə bağlı məlumat yayılıb.



Qeyd olunub ki, kommersiya banklarına bununla bağlı şifahi göstəriş verilib. Söhbət riteyl bank məhsullarından, yəni fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kredit növlərindən gedir.


Teqlər:
Bu xəbər cəmi 1360 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR