“Dilmanc” qrupundan verilən məlumata görə, bu proqramı pulsuz olaraq “Google Play Store”dan yükləyib işlətmək mümkündür. Proqramın “iOS” platforması üçün versiyasının yaradılması üzərində işlər gedir.
Xatırladaq ki, “Dilmanc Translator” vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə, tərcümə etmək olar. Proqramda tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da yaradılıb. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər.